11-13
sentyabr tarixlərində Erasmus+ “İris” otelində növbəti təlim keçirdi. Treninq 3
gün davam etdi. Tədbiri
giriş sözü ilə ESN Azərbaycanın sədri Əli Tağıyev açdı. Treninqdə ESN Azərbaycanın
layihə meneceri Kübra Rəsul, Azərbaycan Elm və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr
şöbəsinin əməkdaşları- Zaur Cəfərli, Vüsalə Hüseynova, Azərbaycanın Milli
Erasmus+ ofisinin direktoru Pərviz Bağırov və Azərbaycanın otuza yaxın
universitetlərinin “Beynəlxalq əlaqələr” şöbələrinin əməkdaşları, o cümlədən də
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq əlaqələr” şöbəsinin
müdiri Mahir Calalov, “Tədris və keyfiyyətin təminatı” şöbəsinin müdiri Pərvin
Məmmədova və “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbəsinin əməkdaşı
Aysel Zakirli iştirak etmişlər.
Treninqin
birinci günü Tbilisi Dövlət Universitetinin “Xarici əlaqələr departamenti”nin rəhbəri
xanım Tea Gergedava “Ali təhsildə potensialın gücləndirilməsi üzrə fəaliyyət”,
“Tərəfdaşların tapılması və yaradılması” və “Risklərin idarə edilməsi,
yayılması və hesabatın verilməsi” kimi mövzularla təqdimat etdi.
Treninqin
ikinci günü Mərmərə Universitetinin Beynəlxalq Təhsil üzrə mütəxəssisi Güldən
Bulut Erasmus+ proqramı çərçivəsində və xaricində “Strateji kommunikasiya və
beynəlxalq tərəfdaşlığın qurulması” mövzusunda mühazirə oxudu.
Treninqin
üçüncü günü Mariupol Dövlət Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin
direktoru İrina Sikorskaya “Erasmus+ və Jean Monnet layihə növləri,
metodologiyası və iş paketləri” haqında çıxış etdi.
Treninq
açıq müzakirə ilə başa çatdı və sonda treninq iştirakçılarına Erasmus+ beynəlxalq
sertifikatları təqdim olundu.