24 iyul 2023-cü il tarixdə Globus Centrdə Erasmus+Gənclik proqramının Ali Təhsil müəssisələri üçün mövcud olan imkanlar haqqında sessiya keçirilmişdir.
Tədbirdə Milli Erasmus+ofisinin rəhbəri cənab Pərviz Bağırov, Avropa İttifaqının Şərqi Avropa və Qafqaz üzrə Gənclər Resurs Mərkəzinin xarici və sektorlararası proqramlar şöbəsinin (SALTO) direktor müavini cənab Andrey Pavloviç, Erasmus+Gənclər və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda məlumat mərkəzinin koordinatoru Ramiz Əliyev, Azərbaycanın iyirmiyə yaxın Universitetlərinin “Beynəlxalq əlaqələr” şöbələrinin nümayəndələri və o cümlədən də, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri dos. Mahir Calalov iştirak edirdi.
Sessiyada Polşa vətəndaşı, Avropa İttifaqının Şərqi Avropa və Qafqaz üzrə Gənclər Resurs Mərkəzinin xarici və sektorlararası proqramlar şöbəsinin (SALTO) direktor müavini cənab Andrey Pavloviç, və Erasmus+Gənclər və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda məlumat mərkəzinin koordinatoru Ramiz Əliyev Erasmus+Gənclik proqramının Ali Təhsil müəssisələri üçün mövcud imkanları haqqında ətraflı məlumat verdilər.