Azərbaycan universitetlerinin Karyera Mərkəzləri Şurası

07.07.2023 tarixdə Mərkəzi Karyera filialının Azərbaycan universitetlerinin Karyera Mərkəzləri Şurasının görüşü baş tutdu. Görüşdə Mərkəzi Karyera filialının karyera mərkəzləri ilə birgə fəaliyyətinin hesabatı səsləndirildi. İşsizlərlə İş Departamentinin məlumatı universitetlərlərin karyera şöbələri ilə birgə həyata keçiriləcək fəaliyyət planından danışıldı. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mİrzəyev də görüşdə iştirak etmişdir.

Görüşdə DMA və Karyera Mərkəzlərinin təşkilatçılığı ilə telegram kanalının yaradılması, Şuranın idarə heyətinin seçilməsi meyarlarının müzakirəsi, Növbəti tədris ili üçün fəaliyyətlərin istiqamətləri, Şura üzvlərinin DMA-dan gözləntiləri və s. barədə danışıldı. Sonda “Ayın mərkəzi” layihəsi üçün oktyabr ayında layihənin icra ediləcəyi universitet Azərbaycan Texniki Universiteti seçildi.

Görüş ümumilikdə məhsuldar və faydalı oldu.