7 iyul 2023-cü il tarixində ADA Universitetində Azərbaycan Elm və Təhsil Nazirliyi və ADA Universiteti ilə birgə təşkil olunmuş “Şəbəkələşmə” görüşü keçirilmişdir. Tədbirdə Azərbaycanın bir neçə nüfuzlu universitetlərinin 60-a yaxın nümayəndəsi, o cümlədən də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından “Beynəlxalq Əlaqələr” şöbəsinin müdiri. dos.Mahir Calalov, “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbəsinin müdiri, r.ü.f.d. Firanə Məmmədova iştirak etmişlər.
Tədbirin açılış nitqini Azərbaycan Elm və Təhsil Nazirliyi “Beynəlxalq Əməkdaşlıq” şöbəsinin müdiri Tural Əhmədov etdi. Təhsil Nazirliyi tərəfindən ETN BƏŞ sektor müdiri Müjdat Həsənov əcnəbi tələbələrin Azərbaycanda təhsilinə dair qısa təqdimat (cari vəziyyətı, statistika) etdi.
Görüşdə Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Fəxrəddin Məmmədov və Xəzər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Vlad Vernygora “Şəbəkələşmə” mövzusunda maraqlı çıxışlar etdilər.