logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“VI ADA 2023” Beynəlxalq Təhsil Konfransı


image small

22-23 iyun tarixlərində ADA Universiteti, Elm və Təhsil Nazirliyi və ABŞ-ın “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən  “VI ADA 2023” Beynəlxalq Təhsil Konfransında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə-İqtisad fakültəsinin  "İqtisadiyyat və idarəetmə" kafedrasının müəllimi Ağayeva Aytən iştirak etmişdir.

“Maarifçiliyə yenidən baxış” şüarı altında keçirilən konfransın açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal çıxış ediblər.

“Maarifçilik və rəqəmsal inqilab” təcrübəsini yenidən nəzərdən keçirməyi və təhsil ictimaiyyətində müzakirələri təmin etməklə qarşıya çıxan problemləri həll etməyi hədəfləyən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.

Corc Vaşinqton Universitetinin professoru Michael Feuer və Latviya Universitetinin humanitar və təhsil elmləri üzrə prorektoru İna Druviet tərəfindən “Siyasət və liderlik üçün təhsil araşdırmaları: 40 illik təcrübədən dərslər” mövzusunda əsas çıxış konfrans iştirakçılarının diqqətinə çatdırılıb.Daha sonra ADA Universitetinin professoru Samir Rüstəmov CeDAR-ın (ADA Centre for Data Analytics Research) yeni məhsulu – Azərbaycan dili üçün AI (Süni İntellekt) virtual köməkçi GPT proqramı “ANLAT”ın təqdimatı edilib. Təqdimatdan sonra ali təhsildə süni intellekt lehinə və əleyhinə debatlar və auditoriyanın iştirakı üçün sual-cavab sessiyası keçirilib.

23.06.2023  [ 11:09 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.