Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetində 14-16 iyun 2023-cü il tarixlərində X. Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Simpoziumun məqsədi türkdilli ölkələr arasında əməkdaşlığı gücləndirmək və müxtəlif sahələrdə aktual akademik problemləri müzakirə etmək idi. Simpoziuma qatılan müxtəlif ölkələrin alimləri əvvəlcədən təqdim etdikləri mövzularla çıxışlar edib və müzakirələr aparıblar. Simpoziumda AƏSMA-nın "Sosial iş" fakültəsinin "HİH və sosial fənlər" kafedrasının müəllimləri fəl.f.d.Məhsəti Cəfərova və TEC sədri Aygün Bağırzadə iştirak etmişlər. Fəl.f.d. Məhsəti Cəfərova "Mədəniyyətlərdə oxşar və fərqli xüsusiyyətlərin təhlili", Aygün Bağırzadə isə "Azərbaycan dilində dəriçilik leksikasının yeri" adlı məqalələri ilə çıxış etmişlər.