logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2023-cü ilin mart-iyun aylarını əhatə edən Hİ kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanması kursları başa çatıb.


image small

Ümumilikdə 18 kurs keçirilib və bu kurslarda 370 nəfər təlim keçib. Dinləyicilərin sayına iş təcrübəsi olan və yeni seçilmiş həmkarlar ittifaqı işçiləri, habelə həmkarlar ittifaqı fəalları daxil idi.

Həmkarlar ittifaqı kursları üçün mövzular həmkarlar ittifaqı kateqoriyasına uyğun olaraq hazırlanmışdır : “ Həmkarlar ittifaqı işinin əlifbası», "Müasir mərhələdə həmkarlar ittifaqı işi məsələləri”,“Həmkarlar ittifaqına cəlb olunmaq üçün motivasiya: əsas istiqamətlər, təcrübə”, “Həmkarlar ittifaqı təşkilatının təşkilati işinin nəzəriyyəsi və təcrübəsi”, “ Həmkarlar ittifaqlarının işinin informasiya siyasəti və rəqəmsallaşdırılması”, “ Sosial dialoq: mahiyyəti, hüquqi aspektləri, idarəetmə mexanizmi», “ Sosial - əmək münasibətləri  sistemində  həmkarlar ittifaqlarının rolu”,  “Həmkarlar ittifaqlarının işçilərin əməyinin ödənilməsinin tənzimlənməsindəki fəaliyyəti: qanunvericilikdə yeniliklər, yeni yanaşmalar “Azərbaycanın əmək qanunvericiliyi: yeni və aktual məsələlər “ və s.

Kurs iştirakçıları həmkarlar ittifaqı məsələlərindən əlavə, psixologiya mövzularında praktik məşğələləri dinləmiş və iştirak etmişlər,o cümlədən :“İşgüzar ünsiyyət psixologiyası. Ünsiyyət bacarıqlarının inkişafı”, “Vaxtın idarə edilməsi anlayışı və strateji vaxt planlaşdırılması “İctimai çıxış, onlara hazırlıq. Tamaşaçılarla işləmək üsulları. İşgüzar görüşlərin, söhbətlərin, danışıqların təşkili və keçirilməsi”, “İctimai çıxış və özünü təqdimat”, “Publik nitqdə müvəffəqiyyətin əsas komponentləri”, “ Danışıqlarda emosiyalar. Həmkarlar ittifaqı rəhbərinin zəruri bacarıq və səriştələri. Effektiv təsir texnologiyaları”, “Münaqişələrin idarə edilməsi: mahiyyəti, növləri, həyata keçirilməsi mexanizmi”, “Özünüidarəetmə liderlik- uğur amili kimi” , “Motivasiyalı söhbət texnikası”və s.

AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Müdafiə Fondu, AR İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İT eksperti, Dövlət Məşğulluq Agentliyin Hüquq departamenti

Müasir Psixologiya Mərkəzinin mütəxəssisləri və Azərbaycan Əmək və Sosial Müdafiə Nazirliyinin professor-müəllim heyəti təlimlərdə çox fəal iştirak ediblər. Dəvət olunmuş bütün mütəxəssislərin çıxışları kurs iştirakçılarına müvafiq mövzular və verilən suallar üzrə dərin biliklər əldə etməyə imkan veriblər.

Həmkarlar ittifaqı kadrlarının hazırlanması proqramında təşkilatın, kadrların idarə olunması texnologiyasının öyrənilməsi, onların motivasiyası və stimullaşdırılması xüsusi yer tuturdu. “ Kadrlarla işdə istifadə olunan aktivləşdirmə üsulları. Təşkilatın üzvləri və qeyri-üzvləri üçün stimullaşdırma və motivasiya üsulları”, “AR Əmək Məcəlləsində  aktual problemlərin tənzimlənməsi”, “Auditoriyaya  qeyri-verbal təsir vasitələri. Şəxsi təmasda və ictimai çıxışda təsir üsulları”, “İdarəetmə, qarşılıqlı fəaliyyətin və özünüidarəetmənin psixoloji aspektləri, “Təşkilati psixologiya. İdarəetmə qərarlarının qəbulu psixologiyası”, “Təşkilatın koorporativ mədəniyyəti: anlayış, mahiyyəti və tətbiq”, «Internet və  intelektual əmək”, “Konfliktologiyanın əsasları və s. mövzular  həmkarlar ittifaqı işçiləri təlimdə keçirdilər. Tədris prosesində interaktiv formada üsullar,  praktiki situasiyaların təhlili, qruplarda tapşırıqların yerinə yetirilməsinə üstünlük verilmişdi.Bütün çıxışlar müvafiq təqdimatla müşayiət olunub.

Yeni seçilən  həmkarlar ittifaqı komitələri sədrləri üçün Heydər Əliyev adına Neft Emalı Zavodunun Neft və Qaz sənayesi üzrə aparıcı təşkilatının həmkarlar ittifaqı işi təcrübəsi ilə tanışlıq məqsədi ilə ekskursiya təşkil edilib.

Bildiyiniz kimi, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev ili” dir. Bununla əlaqədar kurs iştirakçıları üçün silsilə mühazirələr oxunmuşdur ,həmçinin: “ Tarix yaradan şəxsiyyət”  , “ Heydər Əliyev və Neft strategiyası”, “ Əbədiliyin sönməz parlaq işığı - Heydər Əliyev”.

Bütün dinləyicilər öz minnətdarlığını bildirib, belə kursların və treninqlərin yenə də keçirilməsini xahiş ediblər, hər bir iştirakçı elektron formada metodiki vəsaitlərlə təmin olunub.2023-cü ilin sentyabr-dekabr aylarında geniş yer tutan təlim planının icrası davam etdiriləcək, gənc həmkarlar ittifaqı liderlərinin hazırlanmasına həsr ediləcək.

22.06.2023  [ 07:35 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.