22 may 2023-cü il tarixdə Maliyyə-İqtisad fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Aytən Ağayeva 134 saylı qrup tələbələri Məmmədzadə Yusif, Əhmədova Gülnar, Əliyeva Fatimə, İbrahimli Aytac, Cəfərov Afiyyədin, Nuriyev Vüsal ilə birlikdə "Rəqəmsal iqrisadiyyat" fənnindən "Rəqəmsal iqtisadiyyat şirkətlərin timsalında: META-Facebook" mövzusunda nümunəvi seminar təşkil etmişlər. Seminarda Facebookun yaranma tarixi, gəlirləri və gəlir mənbələri,
istifadəçilərin sayı, gizlilik və.s məlumatlar haqqında ətraflı çıxış etdilər. Həmçinin, seminarda tələbələr tərəfindən keyslər həll olunub model və mexanizmlər quruldu. Seminarda Akademiyanın professor-müəllim heyəti i.e.d İsmayılov V.İ, dos Mirzəyeva H.Ə, dos. Mikayılova N.Y, dos, Əlizadə Z.M, Mirzəyev H.Q. iştirak etmişdir. Seminar maraqla qarşılandı. Sonda xatirə şəkli çəkildi.
Müəllim və tələbərimizə uğurlarının davamlı olmasını arzu edirik.