AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AƏSMA -da “Universitetlərarası intellektual bilik yarışı” keçirilmişdir


image small
23.05.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tələbə Elmi Cəmiyyəti nəzdindəki Bilik Klubunun və YENİ Klubun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Universitetlərarası intellektual bilik yarışı” keçirilmişdir. Yarışda SDU, AƏSMA, AzMİU, UNEC, ADU, AzTU, BSU tələbələri iştirak etmişlər. Yarış “Heydər Əliyev və azərbaycançılıq”, “Zəfər tarixi”, “Dünyagörüşü” olmaqla üç raunddan ibarət olub. Yarışda SDU tələbələri I yer, AƏSMA tələbələri II yer, AzTU tələbələri isə III yer tutublar. Qaliblər hədiyələr, diplom və sertifikatlarla təltif olunublar.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova çıxış edib.
23.05.2023  [ 08:34 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.