AƏSMA-da gender bərabərsizliyinə qarşı mübarizəyə dair "Bərabərsizliyə son" adlı tədbir keçirilmişdir

15.05.2023-cü il tarixdə AƏSMA-da gender bərabərsizliyinə qarşı mübarizəyə dair "Bərabərsizliyə son" adlı tədbir keçirilmişdir.Gender Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə AƏSMA rəhbərliyi,professor-müəllim heyəti və tələbə kontingenti iştirak etmişdir.Tədbirin açılışından sonra "Sosial iş" fakültəsinin tələbələri "Bərabərsizlik","Zabit qadın","Səssiz qışqırıqlar","Əmin əllərdə","Kəsişmə","Cəmiyyəti inşa edirəm","Susmuş vicdan" kimi bir sıra maraqlı səhnəcik və monoloqlarla çıxış etdilər.Tələbələr çıxışlarında cinsi ayrı-seçkiliyin aradan qaldırılmasının zəruriliyi,erkən nikahların fəsadları,gender bərabərsizliyinin yaranma səbəbləri və məişət zorakılığının aradan qaldırılması kimi vacib məsələlərə toxundular.Tədbirin sonunda HİH və sosial fənlər kafedrasının dosenti  fəl.f.d.Zeynəddin Şabanov və Gender Araşdırmalar Mərkəzinin müdiri fəl.f.d.Məhsəti Cəfərova müvafiq mövzuda çıxış etdilər.