Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İnkişafa Yardım”
ictimai birliyi tərəfindən həyata keçirilən “Qayğı” sənədli filminin çəkilməsi
və bu sahədə maarifləndirilmə işinin təşkili” adlı layihəsinin təqdimat mərasimi
keçirilib.
Təqdimat mərasimi 28 aprel 2023-cü il tarixində
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutub.
Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd
ictimai rəydə, xüsusilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması
uğrunda Vətən müharibəsində və digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdə
və onların ailə üzvlərində, eyni zamanda, Azərbaycan Ordusunda və digər qanuni
hərbi birləşmələrdə xidmət etməyə hazırlaşan yaxud xidmət edən gənc nəslin
nümayəndələrində Azərbaycan dövlətinin bütün imkanları ilə daim onları diqqət mərkəzində
saxlaması, sosial rifahlarının yaxşılaşdırılması və gücləndirilməsinə xidmət edən
tədbirləri hər zaman davam etdirəcəyini göstərmək və vurğulamaq idi.
"Qayğı" sənədli filmində Azərbaycan dövlətinin müharibə
iştirakçılarının bütün sahələrdə, o cümlədən sosial müdafiə sahəsində qarantı
olması barədə tezis əsaslı faktlarla göstərilib. Bir daha təsdiqlənib ki, bu
siyasət ardıcıl xarakter daşıyır, bu yolla xalq-dövlət birliyinin daha da möhkəmlənməsinə
töhfə vermək məqsədilə yeni addımlar atılır.
Qeyd etmək lazımdır ki, “Qayğı” sənədli filmi
“Aktual Media Group” mərkəzində hazırlanmışdır. Layihənin rəhbəri Fəridə
Şahbazovadır. Layihə 1 mart – 30 aprel 2023-cü il tarixləri əhatə edərək 2
(iki) ay müddətində icra olunub