AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.


image small

5 may 2023-cü ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü illiyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” möv¬zu¬sunda hibrid formatda Beynəlxalq elmi konfrans keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ümummili liderin həyat və ictimai-siyasi faəliyyətini əks etdirən videoçarx nümayiş etdilmişdir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov tədbiri açıq elan edərək Ulu öndərin Azərbaycanın inkişafı və tərəqqisinə, xalqın rifahının yüksəlməsinə həsr olunmuş siyasi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. O konfransa 11 dövləti təmsil edən 27 təşkilatdan 58 iştirakçının qatıldığını bildirmişdir. Plenar iclasda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kafedra müdiri, i.e.d, professor Qənimət Səfərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, f.e.d, dosent Ziba Ağayeva, Türkiyə Respublikası Karamanoğlu Mehmetbey Universitesinin dosenti, dr. Hasan Hüseyin Akkaş, İsrail Dövləti Azryeli Akademik Mühəndislik Kollecinin müəllimi Pini Davidov maraqlı məruzələrlə çıxış etmişlər. Məruzələrdə Ulu öndərin dəmir məntiqə əsaslanan siyasi kursu, düşünülmüş dövlətçilik fəlsəfəsi, demokratik və milli-mənəvi dəyərlərin qorunmasındakı təkrarolunmaz rolu, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında yorulmaz mübarizəsi və qətiyyətli mövqeyi, azərbaycançılıq ideyasının geniş yayılmasındakı və ictimai həyat sahələrinin sistemli inkişafındakı misilsiz xidmətləri geniş təhlil edilmişdir. Sonra konfrans ayrı-ayrı davam etdirilmişdir. Konfransın sonunda xatirə şəkilləri çəkilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

05.05.2023  [ 05:32 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.