AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda tədbir


image small
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən xalqımızın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda tədbir keçirilib.
Öncə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri və əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.Sonra Bakı Konqres Mərkəzində tədbir başlayıb.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, həm sovet, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın həyatında gördüyü işlərdən, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən, həmkarlar ittifaqlarına göstərdiyi hərtərəfli dəstəkdən, verdiyi qiymətli tövsiyələrdən danışıb.
Ardınca Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov, Ümummilli Lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafında rolundan, müəyyənləşdirdiyi daxili və xarici siyasətdən, əsasını qoyduğu siyasi kursun mahiyyətindən, təhsil sahəsinə olan xüsusi diqqətindən gənclərə bəhs edib.
04.05.2023  [ 05:23 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.