“2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə bağlı “Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının bu ildə keçirəcəyi tədbirlər sırasında nəzərdə tutulan - “Cəmiyyətdə informasiya emalı texnologiyaları” mövzusunda Tələbə-Elmi Praktiki Konfransı 26.04.2023-cü il tarixdə keçirilmişdir. “Riyaziyyat və informasiya texnologiyası” kafedrasının müdiri, tex.f.d.Niyar Əvəz qızı Umarova konfransı giriş nitqi ilə açdı.
Kafedranın müəllim-professor heyətinin rəhbərliyi ilə
“Maliyyə-İqtisad” fakültəsinin 11 tələbəsi-Museyibli Maya, Teymurzadə Aysun, Tağıyeva Töhfə, Hacıyeva Vəfa, Süleymanova Lamiyə, Salmanzadə Mülayim, Sərxanlı Ömər, İsmayılzadə Məhəmməd, Kazımova Nuranə, Məmmədzadə Cavidan, Qəhrəmanlı Fuad, “Sosial iş” fakültəsinin 3 tələbəsi-Məmmədov Ayxan, Abdullayev Zəka, Əzizov Kənan və 1 magistrant-Abdullayev Əlirza günün tələbinə uyğun olaraq maraqlı videoçarxlarla aktiv iştirak etdilər. Yekun nitqi isə “Maliyyə-iqtisad” fakültəsinin dekanı, dos. H.Ə.Mirzəyeva söylədi. Konfransın sonunda iştirak edən tələbələrə sertifikatlar təqdim edildi.