27.04.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İnsan kapitalına investisiya qoyuluşu və onun səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda bakalavr və magistrantların Respublika elmi-praktik konfransı keçirilmişdir. Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə yanaşı, Sumqayıt Dövlət Universiteti,
Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universitetinin tələbələri öz elmi məqalələri ilə çıxış etmişlər.
Konfransı giriş sözü ilə açan Akademiyanın tədris və elmi işlər üzrə prorektoru, professor Fərhad Möhbalıyev dövlətin əsas siyasətinin insan kapitalı olmasından, bu siyəsətin əsasını ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə qoyulduğundan, hazırda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs etmişdir. Ümummilli Heydər Əliyevə həsr olunan videoçarx izlənmiş, müvafiq olaraq üç nəfər bakalavr və magistrantın məruzələri dinlənmişdir. Plenar iclasdan sonra konfrans öz işini “İqtisadiyyat” , “Maliyyə”, “Humanitar və sosial elmlər” , “İKT və təbiət elmləri” bölmələri üzrə davam etdirmişdir. Konfransın sonunda tələbələr sertifikatla təltif olunublar.