18.04.2023-cü
il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə
-iqtisad” fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100
illiyinə həsr olunmuş “Müstəqil vergi siyasəti və onun uğurlu davamı” adlı tələbə
elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı giriş nitqi ilə Akademiyanın “Tədris
və elmi işlər” üzrə prorektoru prof. F.F.Möhbalıyev açaraq H.Əliyevin həyat və
yaradıcıllığından geniş bəhs etmişdir. Daha sonra Maliyyə və mühasibat uçotu
kafedrasının müəllimlərinin hazırladıqları tələbələr - Eyvazova Minəxanım,Qəhrəmanlı
Fuad, Məmmədova Fatimə, İsmayılova Arzu, Hüseynova Günəş, Qurbanova Aysel, Qədirova
Xəyalə, Allahverdiyeva Aynurə, Məmmədova Rəqsanə, Məmmədova Röya müxtəlif
mövzularda təqdimatlar etmişlər.
Konfrans zamanı Heydər Əliyevin həyat və fəaliyyətinə
dair videoçarxlar nümayiş etdirilmişdir. Konfransın sonunda “Maliyyə -iqtisad”
fakültəsinin dekanı dos.H.Ə.Mirzəyeva tələbələrə minnətdarlığını bildirərək,
iştiraklarına görə sertifikatlarla təltif etdi.