AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Autizm barədə məlumatlandırma aylığı çərçivəsində “Dünya Autizm Məlumatlandırma günü” ilə əlaqədar olaraq tədbir keçirilib


image small

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Autizm barədə məlumatlandırma aylığı çərçivəsində “Dünya Autizm Məlumatlandırma günü” ilə əlaqədar olaraq tədbir keçirilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Cavid-Əbdul Qədirov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev və tədbir iştirakçıları Mərkəzdə sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin təlim və yaradıcılıq prosesini izləyib, əl işləri ilə tanış olublar. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Birgə və Sağlam İctimai Birliyi,  Narınc Psixologiya Mərkəzi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə təşkil etdiyi tədbirdə dünyada və ölkəmizdə autizmlə bağlı vəziyyət, autizm spektr pozuntusu olan şəxslərin reabilitasiyası istiqamətində zəruri tədbirlərdən danışılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova bir ildən artıq müddətdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış bu unikal məkanda autizm sindromlu uşaq və yeniyetmələrin yaradıcılıq imkanlarının aşkarlanaraq, inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söhbət açıb. Qeyd olunub ki, Mərkəzdə bu kateqoriyadan olan şəxslərə fərdi inkişaf planı əsasında  psixoloji, loqopedik, pedaqoji dəstək göstərilir. Tədbirdə Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova “Autizm spektr pozuntusu olan uşaqlara erkən müdaxilə proqramının faydası” mövzusunda təqdimat edib. Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov,  autizm spektrli şəxslərin valideynləri çıxış edərək, sözügedən istiqamətdə təcrübələrini bölüşüblər.

Tədbirdə həssas qruplardan olan istedadlı şəxslərin iştirakı ilə bədii hissə təqdim olunub.  Mərkəzin foyesində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyev və Sosial iş fakültəsinin tələbələri tədbirdə iştirak etmiş və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

06.04.2023  [ 04:31 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.