03.04.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sosial iş” fakültəsinin və “HİH və sosial fənlər” kafedrasının təşkilatçılığı ilə “Dünya Autizm Məlumatlandırma günü” ilə əlaqədar olaraq “Autizm xəstəlik deyil, fərqlilikdir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə “HİH və sosial fənlər” kafedrasının müəllimi fəl.f.d. M.S.Cəfərova açaraq iştirakçıları salamlamış, mövzu haqqında iştirakçıları məlumatlandırmışdır. Tədbir “Sosial iş” fakültəsi tələbələrinin çıxışları ilə davam etmişdir.