“2023-cü ilin Heydər Əliyev ili”
elan edilməsi ilə bağlı “Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq
“Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının 2023-cü ildə keçirəcəyi
tədbirlər sırasında nəzərdə tutulan - “Heydər Əliyev və təhsil” mövzusunda “Dəyirmi
masa” ətrafında müzakirələr -
06.04.2023-cü il tarixdə keçirilmişdir. İlkin olaraq “Riyaziyyat və informasiya texnlogiyası” kafedrasının
müdiri, tex.f.d. Niyar Əvəz qızı Umarova
tədbir barədə iştirakçılara məlumat verdi, sonra dahi şəxsiyyət
H.Əliyevin həyat və yaradıcılığına, təhsildə tətbiq etdiyi uğurlu nailiyyətlərə
aid videoçarx göstərildi. Daha
sonra kafedranın müəllimi Təranə
Həsənəli qızı Vəliyeva “Heydər
Əliyev və təhsil” mövzusunda video-təqdimatla çıxış edərək, H.Əliyevin Azərbaycan
təhsilində gördüyü işlər barədə ətraflı şəkildə məlumat verdi. Tədbirdə
kafedranın müəllimi Sayad Əmirhüseyn qızı Eldarova
“Heydər
Əliyev təhsilin himayədarıdır” adlı mövzusu ilə çıxış etdi. Kafedranın müəllimi
riy.f.d. Firanə Mənsim qızı Məmmədovanın rəhbərliyi ilə magistrant Əlirza
Aqil oğlu Abdullayev “Azərbaycanda tədqiqat bacarıqlarına əsaslanan təhsil”
mövzusunda video-təqdimatla çıxış edərək, mövzu ilə əlaqədar əhatəli şəkildə
maraqlı məlumat verdi.