31.03.2023-cü
il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə -
İqtisad fakültəsində 31 mart Azərbaycanlıların Soyqrımı gününə həsr olunmuş dəyirmi
masa təşkil edilmişdir. Tədbirdə fakültə dekanı dosent Hicran Mirzəyeva və tarix
üzrə fəlsəfə doktoru Yaqub Məmmədov çıxış etmiş, tələbələrin fikirləri dinlənilmişdir.
Eyni zamanda fakültə üzrə bütün qrupların ilk dərs saatlarında soyqrımla bağlı
videoçarxlar izlənilmiş və soyqrımı qurbanları 1 dəqiqəlik sükutla yad
edilmişdir.