17.03.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın professor- müəllim-heyəti və tələbələri iştirak edib.
Tədbirdə çıxış edən AƏSMA-nın rektoru prof. Hüseyn Qaraşov Novruz bayramı münasibətilə hər kəsi təbrik etdi. Bildirib ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. O deyib ki, bu bayram bizim tarixi keçmişimizə sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Xalqımız bayramın gəlişinə bir ay əvvəldən hazırlaşır. Novruz bayramının artıq Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunması qürurverici olduğunu qeyd etdi.
Təbdir kitabxana şöbəsinin müdiri M.H.Abdullayevanın, fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib, Akademiyanın tələbələri tərəfindən hazırlanan musiqi və rəqs qrupunun təqdim etdiyi rəqslər alqışlarla qarşılanıb, həmçinin akademiyanın əcnəbi tələbələridə tədbirdə iştirak ediblər.