AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

07.03.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və İzmir Katip Çelebi Üniversitesi arasında anlaşma memorandumu imzalandı.


image small

Ali təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq qurmaq, eləcə də təhsil və tədqiqat işlərinin effektivliyini artırmaq məqsədilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, prof. dr. Qaraşov Hüseyn Tapdıq oğlu və İzmir Katip Çelebi Üniversitesinin rektoru prof. dr. Soffet Köse birgə olaraq bu Memorandum ilə əməkdaşlıq qurmaqdadır. Tərəflər əsaəsən aşağıdakı sahələrdə bir-biri ilə əməkdaşlıq etmək barədə razılığa gəliblər:

  • Bakalavr, magistr və doktorantura tələbələrinin mübadiləsi.
  • Uzun müddətli və qısa müddətli təlimlər üçün akademik kadr və tədqiqatçıların mübadiləsi;
  • Akademik heyət ilə birgə elmi tədqiqatların təşkili, tərəflərin akademik heyətinin mühazirələr oxuması ilə əlaqədər dəvət olunması;
  • Tərəflərin akademik heyəti arasından doktorantura tələbələri üçün birgə elmi rəhbərin seçilməsi;
  • Qarşılıqlı maraq kəsb edən sahələrdə yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların  hazırlanmasında əməkdaşlıq;
  • Tədris işlərində təcrübə və məlumat mübadiləsi, həmçinin həyata keçirilən tədbirlər haqqında məlumat;
  • Təhsil və elm sahəsində birgə konfranslar, seminarlar, simpoziumlar, dəyirmi masalar və digər təşəbbüslərin təşkili; Birgə təhsil və elmi tədbirlərin təşkili;
  • Təhsil və elmi mövzularda qarşılıqlı yay məktəblərini təşkil etmək;
  • Tərəfin qanuni məqsədlərinə zidd olmadıqda əməkdaşlara təlimlərin verilməsi;
  • Mübadilə iştirak edəcək əməkdaşlara və tələbələrə viza dəstəyinin göstərilməsi.

08.03.2023  [ 05:51 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.