AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim seminarı keçirilmişdir


image small

7 mart 2023-cü il tarixlərində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi“ layihəsi çərçivəsində “Ali təhsildə akkreditasiya və ekspertlərin rolu” mövzusunda təlim seminarı beynəlxalq ekspert Achim Hopbach tərəfindən keçirilmişdir. Layihə “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir. Seminarda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova iştirak etmişdir.

Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.

Akkreditasiya sadəsində yerli ekspertlər üçün təşkil edilmiş təlimdə müxtəlif ali təhsil müəssisələrindən yüzə yaxın ekspert iştirak edib. Təlim seminarı ali təhsildə və Avropa Ali Təhsil Məkanında akkreditasiya, ekspert əsaslı qiymətləndirmə, ekspertlərin rolu və akkreditasiya hesabatının hazırlanması kimi əhəmiyyətli mövzularda beynəlxalq təcrübəni əhatə edib.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir.

07.03.2023  [ 04:36 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.