AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Psixososial sağlamlığın gücləndirilməsi” ilə bağlı seminar


image small

10 mart 2023 -cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Əlaqələr” şöbəsinin müdiri dos.Mahir Calalovun təşəbbüsü ilə “Psixososial sağlamlığın gücləndirilməsi” ilə bağlı seminar keçirilmişdir. Tədbirin keçirilməsi üçün “Psixososial Dəstək, Təlim və Tədqiqat Mərkəzi”nin əməkdaşları – mərkəzin klinik psixoloqu, psixoloq-terapevt Nərmin Ataxan və sosial işçisi Fərrux Hüseynov dəvət olunmuşdular. Onlar “Psixososial Rifah və Psixi Sağlamlıq” mövzusunda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə-İqtisad” fakültəsinin I-III kurs tələbələrinə təlim keçmişlər.

Təlimçilər  “psixososial rifah və psixi sağlamlıq nədir? “, ”psixososial sağlamlıq və rifahın əsas xüsusiyyətləri”, “psixososial sağlamlıq və psixososial rifaha təsir edən amillər”, “psixososial sağlamlıqda yaranan problemlər və onların aradan qaldırılması”  və s. suallar barədə təlim iştirakçılarına geniş məlumat verərək, bu problemlərin həlli yollarını açıqladılar. Mövzular  müəllim və tələbələr arasında müzakirə edilərək, interaktiv şəkildə keçirildi.

Təlimdə həmçinin Akademiyanın “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri, dos.Nurəngiz Mikayılova, “Riyaziyyat və İnformasiya texnologiyaları”kafedrasının müdiri, riy.ü.f.d. Niyar Umarova, Akademiyanın psixoloqu Güldəniz Mətin Həsənova və qonağımız -Azərbaycan Kooperasiya Universitetinin  “İnklüziv Təhsil və Psixoloji Dəstək” şöbəsinin rəhbəri Nərgiz Ağayeva da iştirak etmişlər.

Konstruktiv və interaktiv şəkildə keçən tədbirin sonunda iştirakçılara təlim qrup işi, video çarxa baxış oldu və  müzakirələrlə  yekunlaşdı. Tədbir təlim iştitakçıları tərəfindən maraqla qarşılandı. 

13.03.2023  [ 08:03 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.