24.01.2023
tarixdə Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyi, Bakı Ali Neft Məktəbi və Milli Erasmus Ofisinin birgə təşkilatçılığı
ilə Erasmus Praktik Seminarı keçirilmişdir.
Tədbirdə
AƏSMA-dan Beynəlxalq Əlaqələr şöbəsinin müdiri dos.Mahir Calalov və
iqtisadiyyat kafedrasının müəllimi Aytən Ağayeva iştirak etmişdir.
Tədbir
giriş sözü ilə BANM-nın rektoru Elmar Qasımov açmışdır. Tədbir iştirakçılarını
Elm və Təhsil Nazirinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov
salamlamışdır. Azərbaycan Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov
Erasmus+ proqramı barədə geniş məlumat vermişdir. Daha sonra Bakı Ali Neft Məktəbinin,
Erasmus+ və Beynəlxalq Proqramlar ofisinin rəhbəri Humay Azayeva Bakı ANM-də
Erasmus+ fəaliyyəti barədə çıxış etmişdir.
Tədbirdə
Bakı Biznes universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Eşqin Bayramov
və Bakı Biznes Universitetinin Sənayə əməkdaşlığı departamentinin direktoru
Gülşən Bayramova KAZ layihələrinin yazılması və idarə olunması (ECAR və EQAC
layihələri) mövzusunda çıxışını davam etdirmişlər.
Tədbirin
II hissəsində Azərbaycan Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, Bakı
Biznes Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Eşqin Bayramov və
Bakı Biznes universitetinin Sənayə əməkdaşlığı departamentinin direktoru Gülşən
Bayramova “FTOP platformasının istifadəsi praktik təlim” barədə görüş
iştirakçılarını ətraflı məlumatlandırmışdılar.
Tədbirin
yekununda Pərviz Bağırov, Eşqin Bayramov və Gülşən Bayramova KAZ layihəsinin
büdcəsinin yazılması qaydalarını ətraflı izah etmişlər. Tədbir sual-cavab ilə
yekunlaşmışdır.