Akademiyada 19 yanvar 2022-ci il tarixdə saat 12:00-da 20 Yanvar faciəsinin Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri AƏSMA-nın rektoru prof. H.Qaraşov açdı. İlkin olaraq Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra H.Qaraşov çıxış edərək, 20 yanvar hadisələrində törədilən cinayətlərlə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. H.Qaraşovun çıxışından sonra “Riyaziyyat və İKT” kafedrası tərəfindən hazırlanan videoçarx nümayiş etdirildi. Videoçarxdan sonra “HİH və sosial fənlər” kafedrasının tarix müəllimi Həsənova Tamilə çıxış edərək rus ordusu tərəfindən törədilən “Qanlı Yanvar” faciəsi haqqında danışdı. İclasda iştirak edənlər içərisində bu hadisənin canlı şahidi olan şəxslər: Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru, prof. Fərhad Möhbalıyev, “HİH və sosial fənlər” kafedrasının müdiri, prof. Qənimət Səfərov, “Riyaziyyat və İKT” kafedrasının əməkdaşları Yunis Ələkbərov və Validə Məmmədova öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.