AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Enactus proqramı çərçivəsində maarifləndirici görüş


image small

Enactus proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təmsil edir və proqram sahibkarlıq fəaliyyətinin gücü ilə daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini  bir araya toplayır. Bu məqsədlə Enactus yenilikçi gənclərə  nəzəri biliklərini təcrübədə tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır, onlar arasında azad sahibkarlığı təbliğ edir. Proqram çərçivəsində həm qlobal, həm də yerli səviyyədə həyata keçirilən tədbirlər bp, KPMG və PwC kimi nüfuzlu şirkətlərlə sıx əməkdaşlıq çərçivəsində icra olunur. Hər il ölkəmizin ali və orta təhsil müəssisələrini təmsil edən “Enactus” komandaları Dayanıqlı inkişaf Məqsədləri çərşivəsində layihələr hazırlayaraq Milli Çempionat və Dünya Kubokunda mübarizə aparırlar. 

19 dekabır 2022-ci il tarixində Enactus proqramının direktoru Rəşad Zeynalov və proqramın əməkdaşları İnarə Zülfüqarova, Fatimə Hüseynova tələbələri maarifləndirmək məqsədilə Akademiyamızda təlim təşkil etdilər.

21.12.2022  [ 12:56 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.