21.12.2022-ci
tarixdə “Gələcəyə hazır ol!” devizi
ilə keçirilən forumda “Karyera Mərkəzlərinin yaratdığı
fürsətlər”, “Peşəkar karyera mühitində yeni çağırışlar”, “İş mühitində davamlı
inkişafı necə təmin etməli” adlı 3 panel üzrə peşəkar zəmində müzakirələr
aparılıb.
Forumda
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Elm və Təhsil naziri
Emin Əmrullayev, Gənclər və Idman Naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, dövlət və özəl
qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər,
insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri, inkişaf
mentorları iştirak ediblər.
Forumun birinci hissəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Sahil Babayev bildirdi ki, ölkəmizdə hər il əmək bazarına on minlərlə gənc daxil
olur. Əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi
üçün mühüm addımlar atılır. Bu ilin may ayında əmək və məşğulluq sahəsində
islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq”
altsisteminin istifadəyə verilməsi də buna nümunə olduğunu bildirdi. Elm və təhsil
naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, dövlət məşğulluq agentliyinin
idarə heyətinin sədri Mustafa Abbasbəyli müzakirələr apardılar. Məleykə
Abbaszadə çıxışı zamanı Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyi
birgə yeni yeni metodikanın tətbiqinə başlayacaqlarını bildirdi. Ölkə
başçısının təşəbbüsü ilə keçirilən “Yüksəliş” müsabiqəsi də buna xidmət
etdiyini bildirdi. Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli təhsil
sisteminin bu mövzuda əsas rol oynadığını qeyd etdi və bu forumun keçirilməsinin
qurumlararası inteqrasiyanın önəmindən bəhs etdi.
Forumda
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin
müdiri Hikmət Mirzəyev də iştirak etmişdir.