Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq, xüsusən əcnəbilərin təhsili sahəsi üzrə məsul əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Hər il ənənəvi olaraq təşkil edilən görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyət, əcnəbilərin ölkəmizdə təhsilinə dair məsələlərin müzakirəsi olub. Görüşdə Akademiya ilə birlikdə 38 ali
təhsil müəssisəsinin 60-a yaxın nümayəndəsi, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və məsul şəxsləri iştirak ediblər. Akademiyanı nümayəndə heyəti olaraq "Tədris və keyfiyyətin təminatı" şöbəsinin müdiri Pərvin Məmmədova və "Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş" şöbəsinin müdiri Firanə Məmmədova təmsil etmişdir.