AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

2011 və 2012-ci il məzunlarının 10 illik yubileyi ilə bağlı görüş


image small

10.12.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında İnnovasiya və karyera şöbəsinin təşkilatçılığı ilə 2011 və 2012-ci il məzunlarının 10 illik yubileyi ilə bağlı görüş təşkil olunmuşdur. Görüş zamanı məzunlar təhsil aldıqları auditoriyaları, kitabxananı ziyarət etmiş, daha sonra çay süfrəsi arxasında müəllimləri ilə görüşərək öz xatirələrini bölüşmüşdür. Akademiyanın rektoru prof. Hüseyn Qaraşov məzunlarla görüşdən məmnunluğunu dilə gətirərək, rəhbərlik tərəfindən hər zaman onlara diqqət və qayğının göstərildiyindən bəhs etmişdir. Daha sonra müəllimlər və məzunlar çıxış edərək onların daim Akademiya tərəfindən diqqətdə saxlanıldıqlarını və bu gün belə bir tədbirin təşkil olunması ilə əlaqədar təşəkkürlərini bildirmişlər. Sonda məzunlarla xatirə şəkli çəkilmişdir.

10.12.2022  [ 20:20 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.