06.12.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətləır Akademiyasında “Sosial iş” fakültəsinin tələbələri üçün “İnsan alveri qurbanları ilə reabilitasiya işlərinin aparılması və insan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçisi Günel Əfəndiyeva və Mərkəzin psixoloqu Ülvi Zeynalov insan alverinin mahiyyəti, aradan qaldırılması yolları, dövlət səviyyəsində insan alverinə qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdilər. Tədbirin sonunda geniş müzakirələr keçirilmiş, maraqlı rəylər irəli sürülmüşdür.