logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun yaranmasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Türk Dünyası Sosial Elmlər Simpoziumu


image small
02-03 dekabr 2022 tarixində Türkiyənin İzmir şəhərində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun yaranmasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Türk Dünyası Sosial Elmlər Simpoziumu keçirilmişdir. Simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfdaş kimi iştirak etmişdir.
Simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial iş” fakültəsinin kafedra müdiri prof. Qənimət Səfərov “Azərbaycan Türkiyə əlaqələrində neft amili” və “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi Lalə Cabbarlı “Sosial sahibkarlıq, insan kapitalı və inklüzivlik: ölkələrarası müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış etmişlər. Həmçinin HİK və sosial fənlər kafedrasının əməkdaşları Kənan Abbasov və Günay simpoziuma onlayn platforma üzərindən qoşularaq məruzələrini təqdim etmişlər.
Ege Universiteti və Türk Dünyası Araşdırmaları İnstitutu ilə Akademiya arasında qarşılıqlı səmərəli fəaliyyətin davam etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanmışdır.
05.12.2022  [ 16:35 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.