“Maliyyə-iqtisad” və “Sosial iş” fakültələrində I tədris ilində təhsilalan tələbələrin valideynləri təhsil müəssisəsinə dəvət edilmişdir. Valideynləri salamlayan AƏSMA rektoru prof. Hüseyn Qaraşov bildirdi ki, Akademiyada tələbələrlə və onların valideynləri ilə görüşlərin keçirilməsi ənənəvi xarakter daşıyır. Bu görüşlərdə əsas məqsəd bir sıra
məsələləri müzakirə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdır. Rektor Hüseyn Qaraşov I tədris ilində təhsilalan tələbələrin tədrisə prosesinə uyğunlaşmaları, təlim-tərbiyə, sosiallaşma ilə bağlı tələbələrlə ünsiyyətin qurulması haqqında danışdı. Tələbələrin bilik və savadla yanaşı, həm də bacarıqlarının formalaşması istiqamətində işlərin aparıldığını nəzərə çatdırdı.
Görüşdə valideynlər övladlarının uğurları, çətinlikləri barədə məlumatlandırıldı, qiymət göstəriciləri hər iki fakültə dekanları tərəfindən valideynlərə təqdim olundu, birlikdə müzakirələr aparıldı və tövsiyələr verildi. Valideynləri maraqlandıran suallar cavablandırıldı.
Görüşün sonunda valideynlər yaratdıqları şəraitə görə AƏSMA rəhbərliyinə təşəkkürlərini bildirdilər.