Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tədris və elmi işlər üzrə prorektoru prof. Fərhad Mehbalıyev, respublikanın ali təhsil müəssisələrinin prorektorları, “Mülki müdafiə fənni” tədris olunan kafedra müdirləri, həmin kafedraların professor-müəllim heyəti, eləcə də, nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri iştirak
ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, bu sahədə qarşıda duran vəzifələrin və onların həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi, ali təhsil müəssisələrində təhsil alan tələbələrin mülki müdafiə üzrə bilik səviyyələrinin yüksəldilməsi, “Mülki müdafiə fənni”nin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması, eləcə də nazirliklər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsinin aparılması olmuşdur.