05.11.2022-ci il tarixdə Riyaziyyat və informatika kafedrasının müdiri tex.ü.f.d. Niyar Umarovanın təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş “Zəfərin Mübarək Vətən” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himni və şəhdlərimizin xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Tədbiri açıq elan edən Akademiyanın rektoru prof. Hüseyn Qaraşov çıxış edərək bildirdi ki, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün
cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Müzəffər Azərbaycan Ordusu uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımızı dalğalandırdılar.
Tədbirdə Akademiyanın şəhidlərinə İlkin Ağakişiyev, İqbal Babayev, Əli Əhmədova və Aqşin Novruzova və Arəstə Baxışova həsr olunmuş videoçarx göstərildi.
44 günlük vətən müharibəsində Murov dağın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əli Rzalının atası Nuru Rzayev, müharibədə iştirak etmiş Akademiyamızın əməkdaşı Rəşid Yelmarlı və tələbələrimiz Cavad İsrafilov, Ruslan Hüseynov öz təəsüratlarını tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirdə 44 günlük vətən müharibəsinə həsr olunmuş videoçarxlar, rəqslər və səhnəciklər nümayiş olundu, şeirlər, musiqilər səsləndirildi.
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Qələbən mübarək AZƏRBAYCAN!