AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının şəhid məzunu "SUQOVUŞAN FATEHİ - İlkin Ağakişiyev" haqqında sənədli film ictimaiyyətə təqdim edilib


image small
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası "SUQOVUŞAN FATEHİ - İlkin Ağakişiyev haqqında sənədli film"i geniş ictimaiyyətə təqdim edib. Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 2 aylıq layihə çərçivəsində hazırlanan filmdə Şəhidin həyat yolu təsvir olunub.
Tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov bu kimi filmlərin gənclər üçün ciddi vəsait olduğunu dedi: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən, torpaqları düşmən tapdağından xilas edərkən şəhid olan İlkin Ağakişiyev təkcə Mingəçevir üçün deyil, bütün Azərbaycan gəncliyinə nümunədir. İlkin Ağakişiyev 1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. Subay idi. İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İlkin Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Biz bundan öncə Mingəçevir şəhərinin 11 Şəhidinə film çəkmişik və bu proses davam edəcək. Filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm."
Daha sonra çıxış edən Şəhidin atası Elxan Ağakişiyev filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinə və ASGA-ya təşəkkür etdi.
05.11.2022  [ 15:46 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.