Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar Bİnəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə təntənəli dövlət tədbiri keçirilmişdir. Tədbirdə akademiyamızın YAP GB-nin üzvləri təşkilatçı qismində iştirak etmişdir. Akademiyamızın 2-ci kurs tələbəsi Carçallı Cavidə partiya vəsiqəsi Cənab Başçı Elxan Allahverdiyev tərəfindən təqdim olunmuşdur.
Eyni zamanda akademiyamızın
Prorektoru Cənab Fərhad Möhbalıyev YAP-nın və İcra hakimiyyətinin fəaliyyət prossesində daimi olaraq təşkilati dəstək verdiyi üçün Təşəkkürnamə ilə təltif edilmişdir.