logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Karyera mərkəzlərinin inkişaf strategiyası” konfransı keçirilib


image small
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Xəzər Universiteti ilə birgə “Karyera mərkəzlərinin inkişaf strategiyası” konfransı keçirilib.
36 ali təhsil müəssisəsindən nümayəndənin iştirak etdiyi konfransda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının müxtəlif transformasiyalara məruz qalaraq dəyişdiyini, qoballaşan əmək bazarının bizim qarşımızda yeni çağırışlar qoyduğunu bildirib. Sədr vurğulayıb ki, Agentliyin əsas istiqamətlərindən biri də əmək bazarının araşdırılması və bu sahədə yanaşmanın müasir tələblərə uyğun olaraq müəyyən edilməsidir. Agentliyin bu istiqamətdə ciddi islahatlarından biri olaraq Mərkəzi Karyera filialı yaradılıb və filial tərəfindən müxtəlif layihələr həyata keçirilir, yeni innovativ mexanizmlər formalaşdırılır. Gənclərin əmək bazarına daxil olmasında Universitetlərdə yaradılan karyera mərkəzlərinin rolunu qeyd edən M.Abbasbəyli Agentliyin bu mərkəzlərin fəaliyyətini dəstəklədiyini bildirib.
Xəzər Universitetinin rektoru İradə Xəlilova və Bakı Biznes Universitetinin rektoru İbad Abbasov da karyera mərkəzlərinin fəaliyyətinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlığın qurulması, gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanmasının əhəmiyyətindən danışıblar.
Daha sonra Dövlət Məşğulluq Agentliyinin karyera planlaması istiqamətində gördüyü işlər, dövlət – universitet – biznes üçbucağının formalaşmasında karyera mərkəzlərinin rolu, karyera mərkəzlərinin struktur və quruluşu, tələbələrə keyfiyyətli xidmət, Universitetin nüfuzunun artırılmasında karyera mərkəzlərinin öhdəlikləri, tələbə və məzunların əmək bazarına hazırlanması mexanizmləri və karyera mərkəzi əməkdaşlarının ixtisaslaşması istiqamətində perspektivlər mövzusunda panel müzakirələr keçirilib.
Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyev iştirak edib.
21.10.2022  [ 10:45 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.