AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“XXI ƏSRDƏ ƏMƏK DÜNYASI: ƏMƏYİN MƏHSULDARLIĞI VƏ ƏMƏK HAQQI” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ – NƏZƏRİ KONFRANS


image small

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial iş” fakültəsinin dekanı Sədaqət Məmmədova 2022-ci ilin sentyabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının “XXI əsrdə əmək dünyası: əməyin məhsuldarlığı və əmək haqqı” mövzusunda təşkil etdiyi Beynəlxalq elmi – nəzəri konfransda iştirak etmış və “Azərbaycan Həmkarlar İttifaqları və işçilərin sosial – iqtisadi maraqlarının müdafiəsi: reallıq və perspektivlər” mövzusunda çıxış etmişdir. Konfransı geniş giriş sözü ilə RƏSMA-nın rektoru, iqtisad üzrə fəlsəfə doktoru, Rusiya Azad Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Nina Kuzmina açaraq iştirakçıları salamladı. Konfransda Rusiya və xarici ölkələrin tədqiqatçıları, Rusiya Azad Həmkarlar İttifaqları Federasiyasının və onun üzv təşkilatlarının nümayəndələri, işəgötürənlər birliyi nümayəndələri, Rusiya Federasiyasının qanunverici və icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak etmişlər. Konfransda əmək məhsuldarlığı və əmək haqqının qarşılıqlı əlaqəsi, əmək məhsuldarlığının maddi və qeyri – maddi faktorları, əmək haqqının qismən reallaşması funksyaları, əmək məhsuldarlığına əmək haqqının təsirinin azalması və s. kimi aktual problemlər müzakirə olunmuşdur.

01.10.2022  [ 10:11 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.