26 may 2022-ci ildə Türkiyənin Manisa Celal Bayar Universitetində “Küresel İklim Krizi ve Yeni Ekonomik Yapı” mövzusunda 360 Dərəcə Beynəlxalq Tələbə Konqresində 8 ölkədən 22 müxtəlif universitetlərin tələbə və məsləhətçiləri iştirak etmişdir.
Manisa Cəlal Bayar Universiteti Rektor müavini prof.dr. Ramazan Gökbunar, Manisa Cəlal Bayar Universiteti “İqtisadiyyat və İdarəetmə” fakültəsi dekanı prof.dr. Cüneyt Yenal Kesbic, konqres tərəfdaşı universitetlərdən Qırğızıstan-Türkiyə Manas Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin dekanı prof.dr. Serhat Burmaoğlu və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. Hicran Mirzəyeva açılış nitqində iştirak etmişdir.
Eyni zamanda Kongresdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri müxtəlif mövzularla çıxış etmişlər.
1.Aynur RÜSTƏMOVA, Elmi rəhbər: Təranə Əhmədova
Sığorta Riskləri Və Anderraytinq
2. Mətanət ABBASOVA, Elmi rəhbər: Pərvin Məmmədova
Qarabağın Dirçəlişinə Türkiyə Dövlətinin Dəstəyi
3. Cəlilova LEYLA, Elmi rəhbər: i.ü.f.d. Səadət Quliyeva
Mərkəzi Bankın Maliyyə Nəzarəti
4. Nicat RZAYEV, Elmi rəhbər: i.e.d. Vilayət İsmayılov
Beynəlxalq Turizmin İnkişafında İnformasiya Texnologiyalarının Rolu
5. Aysun TEYMURZADƏ, Elmi rəhbər: tex.ü.f.d. Niyar Umarova
E-devlet çağın gereği
6. Töhfə TAĞIZADƏ, Elmi rəhbər: Kərimova Vüsalə
Dövlətin Dayanıqlı İnkişaf konsepsiyası
7. Nərmin ISMAYILOVA, Elmi rəhbər: Kərimova Vüsalə
Qlobal İstileşme Problemi