AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Elektron kitabxana müasir dövrün tələbidir” adlı tədbir keçirildi


image small

     18 noyabr 2021-ci ildə AƏSMA-nın professor - müəllim heyəti və tələbərinin iştirakı ilə Elektron kitabxananın təqdimatı keçirildi. Təqdimat ONE BRAIN şirkətinin rəhbəri Alparslan Sarısoy və proqram inzibatçısı Emin Əhədi tərəfindən dinləyicilərə təqdim edildi. Alparslan Sarısoy qeyd etdi ki, hazırda AƏSMA-nın kitabxanasında 19.967 kitab fondu var və onlardan 200-ə yaxın kitab, AƏSMA Elmi - praktik jurnalının 15 nömrəsi, 74 tədris proqramı, 54 mühazirə mətnləri E-kitabxana paltformasında yerləşdirilmişdir. Təqdimatda professor - müəllim, tələbə heyətinə elektron kitabxanadan istifadə qaydaları izah edildi. 

Təqdimatın sonunda “Tədris və elmi işlər” üzrə prorektor prof. F.F.Mehbalıyev çıxış edərək bildirdi ki, informasiya quruculuğu proseslərinin sürətlə inkişaf etdiyi dövrdə elektron kitabxananın xidməti önəmli xarakter daşıyır və oxucuların informasiya tələbatının ödənilməsində elektron kataloqun müstəsna rolu vardır. Elektron kitabxana oxuculara lazım olan ədəbiyyat haqqında məlumat əldə etməklə yanaşı mətnləri birbaşa oxumaq imkanı da yaradır. Bu baxımdan rektor prof. H.T.Qaraşovun qayğısı və diqqəti sayəsində həm professor-müəllim heyətinin, həm də Akademiyamızın tələbələrinin istifadəsi üçün müasir dövrün tələblərinə cavab verən elektron kitabxana yaradıldı. Prof. F.F.Mehbalıyev ONE BRAIN  şirkətinin rəhbəri Alparslan Sarısoya və kitabxananın müdiri Maya Abdullayevaya öz təşəkkürünü bildirdi.

Təqdimatdan sonra kitabxananın müdiri Maya Abdullayeva pandemiya ilə əlaqədar silsilə tədbirlərin həyata keçirilməsində müəyyən çətinliklər olduğunu qeyd edərək, prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi və Aşıq Ələsgər” ili elan edilməsi haqqında verdiyi sərəncama əsasən, hər iki şəxsiyyət haqqında qısa məlumat verdi və tədbirdə Nizami Gəncəvinin sözlərinə, Üzeyir Hacıbəyovun bəstələdiyi “Sənsiz” romansı və aşıq musiqisi olan Ruhani üstündə A. Ələsgərin şeirləri səsləndirildi. 

“Kitab bayramı” kimi qeyd olunan tədbirin sonunda  AHİK- in sədri Millət vəkili prof. S.S. Mehbalıyevin "Hədəfimiz hüquqlarımızın müdafiəsidir" adlı kitabı hədiyyə olaraq tədbir iştirakçılarına təqdim edildi. 

19.11.2021  [ 15:36 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.