31.01.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Müasir İqtisad Məktəbi” layihəsi çərçivəsində akademiyanın “Maliyyə” kafedrasının müəllimləri Şahin Qasımov, Şövqü Quliyev və Azər İbrahimovun rəhbərliyi ilə “Bank sisteminin müasir vəziyyəti: reallıqlar və perspektivlər” mövzusunda təlim keçirilib. Təlimdə bank sisteminin müasir vəziyyəti geniş təhlil edilmiş, layihə iştirakçılarının sualları cavablandırılmışdır.