Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sında “Böyük ermənistan” və ya erməni terrorizmi mövzusunda elmi seminar ke­çi­ri­lib.

23.10.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sında “Böyük ermənistan” və ya erməni terrorizmi mövzusunda elmi seminar ke­çi­ri­lib. Seminarı giriş sözü ilə “Maliyyə” fakültəsinin dekanı Hicran Mirzəyeva açaraq “Bö­yük ermənistan” iddiası ilə uydurma “erməni soyqırımı” məsələlərinin yaranmasının sə­bəb və məqsədlərinə aydınlıq gətirib.

Sonra Akademiyanın “Maliyyə” fakültəsinin I kurs tələbələri Nərmin İsmayılzadə “ermənilərin Zaqafqaziyada möcüzəli yaranışı”, Mahmud Şıxməmmədbəyov “Böyük ermənistan” və III kurs tələbəsi Tural Əhmədli “erməni terrorizmi” mövzularında təqdimat nümayiş etdiriblər. Təqdimatdan sonra mövzunun və yenicə çapdan çıxmış Sabir Şahtaxtının “Böyük ermənistan” xülyası: faktlar və sübutlar” kitabının  geniş müzakirəsi keçirilib.