logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sı ilə Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol im­za­lanıb.


image small

08.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sı ilə Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol im­za­lanıb. İmzalama mərasimində Qafqaz Universitetinin rektoru professor Əhməd Sa­nıç və Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sının rektoru profes­sor Hü­seyn Qaraşov, eləcə də hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib­lər.

Protokolda iki ali təhsil müəssisəsi arasında təcrübə mü­ba­di­ləsi, mövcud fakül­tə­lər və kafedralar arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlə­ri­nin, layihələrin yerinə yetirilməsi; professor-müəllim heyəti, aspirantlar üçün tək­mil­ləşdirmə kurslarının təşkili; elmi araşdırma aparmaq, təlim kursları keçmək və seminarlar vermək məqsədi ilə, universitet əməkdaşlarının qısa və uzunmüddətli mü­ba­diləsi; hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti tərəfindən aspi­rant­la­ra elmi rəhbərlik edilməsi; birgə sərgi və elmi konfransların keçirilməsi nəzərdə tutulub.

Hər iki ali təhsil müəssisəsinin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak et­di­yi toplantının yekununda rektorlar imzalanmış protokolun əhəmiyyətinə, götürülən öh­də­lik­lərə münasibət bildiriblər. Daha sonra Qafqaz Universitetinin rek­toru professor Əhməd Sanıç qonaqları universitetin maddi-texniki bazası ilə tanış edib.

08.12.2015  [ 11:00 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.