09.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olunmuş “Azərbaycan iqtisadiyyatı tələbələrin baxışlarında” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda 20 tələbə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən təqdimatlar nümayiş etdirib. Münsiflər heyətinin qərarına əsasən xüsusi fərqlənən ən yaxşı 6 tələbə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı təşkilatının təsis etdiyi diplomlara layiq görülüb.
“Ən yaxşı təqdimat” layihəsində I diploma İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Nərmin Əsgərova, II diploma Maliyyə fakültəsinin II kurs tələbəsi Nərmin Əliyeva və İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Hilalə Həsilova, III diploma Maliyyə fakültəsinin II kurs tələbəsi Samirə İsmayılzadə və İqtisadiyyat fakültəsinin II kurs tələbələri Səbuhi Cəfərzadə və Aliyə Bayramova layiq görülüblər.