Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­da Kitab klubunun fəaliyyətinə start verilib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­da Kitab klubunun fəaliyyətinə start verilib.


25.12.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sın­­da Kitab klubunun fəaliyyətinə start verilib. Kitab klubu tə­lə­bə­lə­rin təşəbbüsü ilə akademiyada yaradılan növbəti klubdur. Kitab klubunun məq­sədi tələbələrdə kitaba olan marağı artırmaq, onları mütəmadi olaraq yeni nəşr olunan ədəbiyyatlarla tanış etmək, kitabların müzakirəsini və təqdimatını təş­kil etməkdir. Kitab klubunun fəalları və ilk üzvləri olan Nərmin Əsgərova, Xəlil Babayev, Pərvin Əhmədli, Aysel Qəniyeva, Hilalə Həsilova və Rübabə Eyvazova klubun fəaliyyətə başlamasını qeyri-adi formada hazırlayıblar. Onların Yeni il ərəfsində 150 kitabdan istifadə edərək hazırladıqları şam ağacı təkcə Akademiya tələbələrinin deyil, digər təhsil müəssisələrinin tələbələrinin də böyük marağına səbəb olub.