19.01.2016-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Türkiyə Respublikasının Celal Bayar Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. İmzalama mərasimində Celal Bayar Universitetinin rektoru professor Kemal Çelebi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru professor Hüseyn Qaraşov, eləcə də hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
Protokolda təhsil proqramları sahəsində birgə əməkdaşlıq; elm və təhsil layihələrinin hazırlanması; fundamental və tətbiqi elmi-tədqiqat işlərinin yerinə yetirilməsi; birgə elmi-praktik konfransların, simpoziumların, sərgilərin təşkil edilməsi; dərsliklərin, dərs vəsaitlərinin və digər metodik vəsaitlərin işlənib hazırlanması; tələbələrin, magistrlərin, dоktоrantların, müəllimlərin və elmi işçilərin qısamüddətli qarşılıqlı mübadiləsi; təhsil prosesində innovativ metodların və qabaqcıl təlim texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi; beynəlxalq proqram və layihələrdə birgə iştirak edilməsi; hər iki ali təhsil müəssisəsinin dövri nəşrlərində çap imkanlarının yaradılması və qarşılıqlı maraq doğuran digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Hər iki ali təhsil müəssisəsinin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak etdiyi toplantının yekununda rektorlar imzalanmış protokolun əhəmiyyətinə, götürülən öhdəliklərə münasibət bildiriblər. Daha sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru professor Hüseyn Qaraşov qonaqları akademiyanın maddi-texniki bazası ilə tanış edib.