AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademi­ya­sın­da “Məzun günü” ke­çirilib.


image small

24.06.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademi­ya­sın­da “Məzun günü” ke­çirilib. Akademiyanın professor-müəllim və tələbə heyəti, tələbə-məzunlar və valideynlərin iştirakı ilə gərçəkləşən tədbiri akademiyanın rektoru professor Hüseyn Qaraşov açaraq, məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor, dövlət başçısının bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, ölkəmizdə elmə, təhsilə və gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söz açaraq bu istiqamətdə AƏSMA-da həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra çıxış üçün söz akademiyanın keçmiş məzunlarına verilib. Məzunlarından YAP Binəqədi rayon gənclər təşkilatının sədri Mahmud Məmmədzadə, Respublika Baş prokrorluğu birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Nigar Camalzadə və “Starbook Group” şirkətinin rəhbəri Aqşin Hüseyni məzun dostlarına müvəffəqiyyət arzulayaraq, qazandıqları uğurda akademiyanın müstəsna yeri və önəmi olduğunu vurğulayıblar.

Valideynlər adından Mürsəliyev Emilin valideyni Mürsəliyeva Lətafət, Qəribova Ələviyənin valideyni Mustafayev Mustafa, Əliyeva Rəfiqənin valideyni Əliyeva Gülnarə, Adilbəyli İlqarın valideyi Adilbəyli Asif və Quliyev Sabirin valideyni Quliyev Azadi məzunları təbrik edərək akademiyanın təsisçisi hörmətli Səttar Mehbalıyevə və rektor Hüseyn Qaraşova yaradılan şəffaf mühitə görə təşəkkür ediblər. 

Tədbirdə builki məzunlardan Mahmudov Mahmud, Təvəkkülova Sona, Rəhimov Ağami, Əsgərzadə Daşqın, Nərimanzadə Fəridə və Əhmədova Səlimə maraqlı cıxışlar edərək, xatirələrini danışıblar, və yaradılmış şəraitə, şəffaf təhsil sisteminə görə akademiya rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Rəsmi hissənin sonunda dörd il ərzində təhsildə yüksək nailiyyət əldə edən və akademiyanın ictimai həyatında fəal iştirak edən məzunlara “Fəxri Fərman”lar təqdim olunduqdan sonra məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.

24.06.2016  [ 11:00 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.