logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Gələcək naminə erkən nikaha son” adlı layihənin növbəti mərhələsi keçirilib


image small

15.11.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gələcək naminə erkən nikaha son” adlı layihənin növbəti mərhələsi keçirilib. Tədbiri Akademiyanın Tədris işləri üzrə prorektoru Sirac Məmmədov açaraq erkən nikahların yaratdığı fəsadlardan,  “Gələcək naminə erkən nikaha son” adlı layihənin əhəmiyyətindən danışıb. Sonra layihənin rəhbəri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev, Azərbaycan Uşaqlar Birliyinin sədr müavini Vasif Akifli, araşdırmaçı, jurnalist Seymur Verdizadə və “Space” telekanalının Xəbərlər departamentinin müxbiri Famil Fərhadoğlu çıxış ediblər. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

15.11.2016  [ 11:00 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.