06.12.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “İqtisadiyyat və idarəetmə” kafedrasının əməkdaşı i.ü.f.d. N.Y.Mikayılovanın təşkilatçılığı ilə akademiyanın 10 illiyinə həsr olunmuş “Azərbaycan iqtisadiyyatında yeni meyillər” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda akademiyanın tələbələri Əhmədov Şamil, Əkbərli Tural, Cəbiyev Cəbi, Mahmudova Nəzrin, Əliyeva Aytac, Ömərli Pərvin, Məmmədova Tamam, İsmayılova Səbinə və Dadaşlı Gülarə milli iqtisadiyyatı əhatə edən müxtəlif mövzularda çıxış etmış, Azərbaycan iqtisadiyyatında yeni meyillər və perspektivlər geniş müzakirə edilmişdir.